ölüm iki cürdür.
1. Yuxu * Allah
Qurani-Kərimdə yuxunu ölüm adlandırır. ''Allah (əcəli çatan kimsələrin)
canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə
yuxuda alar''. (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə
əlaqəsi kəsilir). (əz-Zumər 42). Həmçinin Peyğəmbər * sallallahu aleyhi və
səlləm * sübh namazına yatıb qaldıqda buyurdu: ''Allah bizim ruhumuzu aldı və
istidiyi vaxt qaytardı''.
2. Həqiqi ölüm * ''Yer üzündə olan
hər kəs fanidir (ölümə məhkumdur)''. (ər-Rahmən 26). ''Hər kəs ölümü
dadacaqdır''. (əl-Ənbiya 35).
ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir.
Canlı varlıqların heç biri həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O,
hər an baş verə bilər, onunla böyük də, kiçik də varlı da, kasıb da, güclü də,
gücsüz də üzləşir. ''Hər bir kəs ölümü dadacaqdır''. (Ali-İmran 185).
(Müharibəyə getməyib Mədinəyə evlərində) oturan və (müharibəyə getmiş)
qardaşları haqqında: ''Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər''
deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən
uzaqlaşdırın. (Ali-İmran 168).
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur,
ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu
gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış yolu da yoxdur. ''Heç
kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah qazanacağını) heç kəs harada
öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən)
xəbərdardır''. (Loğman 34).
Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan
istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və s. halda
olursa-olsun verdiyini geri alan da Allahdır. ''Harada olursunuz olun, hətta
uca və möhkəm qalalar içərisində olsanız da belə, ölüm sizi haqlayacaqdır''.
(ən-Nisa 78).
Bu günə qədər heç kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri
olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün Allah *
subhanəhu və təalə * onlar haqqında nə buyurur: (Ya Məhəmməd!) ''Səndən əvvəl
də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduqda sən ölsən
onlar dirimi qalacaqlar?''(əl-Ənbiya 34). (Ya Peyğəmbər!) ''Şübhəsiz ki, sən də
öləcəksən, onlar da öləcəklər''. (əz-Zumər 30).
Bəli, bu qədər ayələri dinlədikdən sonra ''beş günlük dünyadır, kef eləmək
lazımdır'' deyənləri aqibəti necə olacaqdır. ''Xeyr, can boğaza (körpücük
sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim
xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib
çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı)
təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da)
üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin
halına, vay! Yenə də vay sənin halına, vay!''. (əl-Qiyamə 26-35). Peyğəmbər *
sallallahu aleyhi və səlləm * buyurur: ''Ləzzətlərlə dolu həyata son qoyan
ölümü tez-tez yada salın''. İmam Şafii * rahmətullahi aleyhi * deyir ki: ''Ey
Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafındakılar isə
sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən
sevinəsən''.
Bütün varlıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış
məqamı yoxdur. Bu qayıdşdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və
niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: ''Müəyyən olunmuş
vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə
cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır''. Əbu Zərr
əl-Ğifari * radıyallahu anhu * rəvayət edir ki, Peyğəmbər * sallallahu aleyhi
və səlləm * Uca və Böyük olan Allahdan belə buyurmuşdu: ''Ey mənim qullarım! Mən zülmü zülmə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna
görə də bir-birinizə zülm etməyin.... Ey mənim qullarım, nə etsəniz o sizin
əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm.
Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan
başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın''. Aişə *
radıyallahu anhə * rəvayət edir ki, Peyğəmbər * sallallahu aleyhi və səlləm *
buyurdu: ''Allah o kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) görüşməyi arzulayır.
O kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır''. Aişə *
radıyallahu anhə * dedi: ''Ya Rəsulullah! Sən ölümü deyirsən? Axı o bizim
xoşumuza gələn bir hal deyildir!''. O dedi: ''Yox, bu siz fikirləşdiyiniz
deyildir. Mömin bəndəyə Allahın rəhmi, mərhəməti və Cənnəti haqqında xəbər
verildikdə o daonunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə
görüşü arzulayır. Kafir bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında
xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin
bəndə ilə görüşməyi arzulamır''.
ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşacaqdır. ölüm anında
insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra
b. Azib * radıyallahu anhu * rəvayət edir ki, bir gün Peyğəmbər * sallallahu
aleyhi və səlləm * ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün
qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar.
Peyğəmbər * sallallahu aleyhi və səlləm * üzünü Məkkəyə tərəf çevirərək oturdu.
Biz də onun yanında sükut içində oturduq. O, əlində olan çubuq ilə yerə bir
neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: ''Qəbr
əzabından qorunmaq üçün Allaha sığının!'' dedi və sözünə davam edərək: ''Mömin
bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər
gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş
ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan
aralı otururlar''. Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq
deyir: ''Ey gözəl nəfs! (ruh) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla
çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o gözəl nəfs
üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər
qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan
diləyirlər. ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb
dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər,
ona hanut vururlar. ''Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını
mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər''.
(əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin
yanından ötüb keçərkən deyirlər: ''Bu gözəl nəfs kimindir?'' Deyirlər:
''Filankəs oğlu filankəsindir''. Onu dünyada daşıdığı ən gözəl adlarla
sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının
açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla
vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib
çatırlar. Uca və böyük olan Allah buyurur: ''Mənim qulum haqqında yazın!
Cənnətin ən yüksək yerinə * İlliyyuna!''. Peyğəmbər * sallallahu aleyhi və
səlləm * bu ayəni oxudu: ''Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir
kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər''. (əl-Mutəffifin 19-21).
Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: ''Onu torpağa
qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam,
(torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm''. Mələklər nəfsi
torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq
səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq
soruşurlar: ''Sənin Rəbbin kimdir?'' O deyir: ''Rəbbim * Allahdır'' - ''Dinin
nədir?'' O, deyir: ''Dinim İslamdır'' - ''Sizə göndərilən o adam kimdir?'' O,
deyir: ''O, Allahın Rəsuludur'' - ''Bəs sən nə etdin?'' O, deyir: ''Allahın
kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim''. Səmadan səs gəlir:
''Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət
nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən
gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına
xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: ''Mən səni
sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin!
Bu gün sənə vəd olunmuş gündür''. Mömin təəccüblü halda soruşur: ''Sən kimsən?
Sənin sifətin xeyirdən xəbər verir''. O, deyir: ''Mən sənin saleh əməllərinəm.
Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can
atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin
əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır''. Mömin üçün Cənnətin
və Cəhənnəmin qapıları açılır. Ona deyirir: ''Əgər sən Allaha asi olsaydın, ora
(Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi''.
Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: ''Ya Rəbbim!
Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına
qayıdım''.
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara
sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün
son görmə həddi qədər ölmüş adamdan aralı otururlar''. Bundan sonra ölüm mələyi
gəlib onun başı üzərində oturaraq deyir: ''Ey xəbis nəfs! (ruh) Allahın qəzəb
və nifrətini qazanmaq üçün üzə çıx!'' Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu
dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında
olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və
hər qapının gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini
Allahdan diləyirlər. ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində
saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən
gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya
qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: ''Bu xəbis nəfs
kimindir?'' deyirlər: ''Filankəs oğlu filankəsdir''. Onun dünyada daşıdığı ən
pis adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma
qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər *
sallallahu aleyhi və səlləm * bu ayəni oxudu: ''Ayələrimizi yalan hesab
edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə
iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz
günahkarlara belə cəza veririk''. (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan
Allah buyurur: ''Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə * Siccinə!''.
Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: ''Onu torpağa
qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam,
(torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm''. Mələklər nəfsi
torpağa atırlar və Peyğəmbər * sallallahu aleyhi və səlləm * bu ayəni oxudu:
''Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı,
yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər''. (əl-Həcc 31). Sonra
xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir.
Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: ''Sənin
Rəbbin kimdir?'' O, deyir: ''Mmmm... bilmirəm?!''- ''Dinin nədir?'' O, deyir:
''Mmmm .... Bilmirəm?!'' Onda mələklər qışqıraraq: ''O, Məhəmməddir!'' O, isə:
''Mmmm .... Bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim''. Onlar:
''Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)''. Səmadan
səs gəlir: ''O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin
qapsını onun üzünə açın!''. Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri
o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli,
murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: ''Mən sənin yanına elə bir
xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə
vəd olunmuş gündür''. Kafir təəccüblü halda soruşur: ''Sən kimsən? Sənin
sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!''. O, deyir: ''Mən
sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini
yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin
qarşılığında Allahın sənə olan cəzasıdır!''. Sonra kafirin yanına kor, kar və
lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa
vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir.
Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını
insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün
açılır və o, qışqıraraq deyir: ''Ya Rəbbim! Qoy qiyamət
gəlməsin''.
|