Əsas səhifə
Qeydiyyat
Daxil ol
Şənbə günü
2024-05-18
8:45 PM
Xoş gördük sizi, Ziyarətçi | RSS
.::Sadəcə Daxil Olman Yetər:::.

  • Chat.XanaClub.Tk
  • ZengimCell.XanaClub
  • Mobil yükləmələr
  • Səndə Ulduz Ol
  • Menyu

    Bölmələr
    Xəbərlər [2]
    Proqramlar [5]
    Maraqlı [5]
    Yumor [1]
    Sevgi [2]
    İslam [3]
    Şəkillər [1]
    Şou-biznes [1]
    Dəb [1]
    İdman [2]
    Veb master [1]
    Xaker [6]
    Mobil dunya [1]
    Musiqi [6]
    Azəri Mp3 Türk Mp3 Xarici Mp3

    Səndə Ulduz Ol

    Nick: Admin
    Ad: Kamil
    Yaş;: 19
    Ünvan: Bakı şəhəri
    E-mail: İtalyane4@list.ru
    Tel: 0505646452

    Valyuta



    Ən Məşhur Proqramlar

     .:::Əyləncənin Tam Məkanı:::. 
    Əsas səhifə » Xəbərlər » İslam

    QURANDA HİCAB HÖKMLƏRİ
    [ ] 2008-12-11, 8:19 PM
                                  

    QURANDA HİCAB HÖKMLƏRİ

    «Nur» surəsinin 30-31-ci ayələrinin təfsiri
    («Təfsiri Nümunə»dən tərcümə)

    Nur surəsi, ayə 30-31:


    قُ

    لْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ



    «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!»


    وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

    «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahıb olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!»
    Qeyd etdiyimiz ayələrdən birincisinin nazil olma səbəbi «Kafi» kitabında, İmam Baqirdən (ə) belə nəql olunub: «Ənsar cavanlarından biri yolda bir qadınla rastlaşır. (O dövrün qadınları öz örtüklərini, boyun-boğaz açıq qalmaqla, başlarının arxasında bağlayırdılar.) Bu qadının çöhrəsi cavanın diqqətini özünə o qədər cəlb edir ki, ayaq saxlamadan gözünü qadına dikərək, yoluna davam edir. Cavan sanki baxışları ilə qadını müşayət edirdi. Nəhayət, ensiz bir küçəyə çatır. Arxaya baxmaqdan yorulmayan bu cavan, qəflətən, divardakı şüşə parçasına dəyərək, üzünü yaralayır. Qadın keçib-getdikdən sonra cavan özünə gələrək, üzündəki qanın sinə və paltarlarına axdığını görür. Öz-özünə deyir: Allaha and olsun ki, Peyğəmbərin hüzuruna gedib bu əhvalatı danışacağam.
    Allahın Rəsulu (ə) onu görcək, nə baş verdiyini soruşur. Cavan başına gələnləri ona nəql edir. Bu zaman, Allahın vəhy mələyi olan Cəbrail yerə enərək, yuxarıdakı ayəni oxuyur:
    «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər...»»
    Təfsir:
    Hicabsızlıq və aşiqanə baxışla mübarizə
    Bəhs etdiyimiz surə, həqiqətdə cinsi pozğunluqdan təmizlik, nəciblik və iffət surəsidir.Onun müxtəlif mövzuları da, bu nəzərdən ittifaq təşkil edir. Sözü gedən ayələr hicabın və baxmağın hökmlərini bəyan edərək, bütövlükdə bu mövzuyla əlaqəlidir. Əvvəl buyurur:

    قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ



    «Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)».
    «

    یغضو


    ا» (yəğuzzu) feli «
    غض
    » (ğəzzə) kökündən, «

    خز

    » (xəzzə) vəznində olub, «nöqsan» və «azaltmaq» mənasındadır. Bu kəlmə, əksər vaxtlar «səsi qısmaq» və «baxışı azaltmaq» mənasında işlənir. Bu səbəbdən də, ayədə möminlərin gözlərini tamamilə yummaları deyil, baxışlarını azaltmaları nəzərdə tutulur. Bunu zərif bir izah da, adlandırmaq olar. Çünki kişinin, hər dəfə naməhrəm qadınla üzləşərkən, gözləri tamamilə bağlanarsa, təbii ki, yoluna davam etmək və bunun kimi başqa şeylər ona çətin olacaqdır. Amma gözlər bir qədər yumulub, nəzərlər naməhrəm qadının çöhrə və əndamından götürülərsə, kişi nə qadağan olunmuş səhnəni görər, nə də olduğu ətraf mühitdən təcrid olar.
    Ayədə baxışların azaldılması ümumi hökm kimi verilmiş və ona heç bir qeyd-şərt qoyulmamışdır. Yəni bu ayə, haram edilmiş hər bir nəzərdən çəkinməyə işarədir. Amma ayələrin üslubuna və nazil olma səbəbinə diqqət yetirsək, burada məhz naməhrəm qadına baxmamağın nəzərdə tutulduğu anlaşılar.
    Bəhsimizdən belə nəticəyə gəlirik ki, zikr olunmuş ayələrdə yalnız qadın simasına göz zilləmək nəzərdə tutulmur. Belə ki, bəziləri bundan düzgün nəticə çıxarmayıb, göz zilləməkdən qeyri hər bir baxışı icazəli bilmişlər. Əslində isə ayənin mənası tamamilə fərqlidir. Əvvəla, insanın baxışı, adətən geniş bir sahəni əhatə edir. Naməhrəm qadınla qarşılaşarkən gözlər elə həddə yumulmalıdlr ki, həmin qadın görülən ətraf mühitdən xaric olsun. (Yəni ona baxılmasın.) Yalnız bu şərtlə ki, gözünü yuman şəxs, qarşıya çıxan yol və çuxuru görə bilsin. Ayədə «azaltma» mənasını verən «

    غض

    » (ğəzzə) kəlməsi də, bu anlamdadır.
    Qeyd olunan ikinci məsələ «

    فروج

    » (furuc)-un hifzidir. «

    فرخ

    » (fərəc) sözünün mənası «yarıq» və «iki şey arasında olan fasilə» deməkdir. Bu kəlmə, bəzi hallarda məcazi olaraq, cinsi orqan mənasını da daşıyır.
    Rəvayətlərə əsasən, «cinsi orqan və ayıb yerlərin hifzi»ndə məqsəd onu yad baxışlardan gizlətməkdir. İmam Sadiq (ə) buyurmuşdur: «Qurani-Kərimdə ayıb yerlərin qorunması haqqında söhbət açılan hər bir ayə, zinadan qorunmağa işarədir. Yalnız bu ayə istisna olaraq, başqalarının baxışından qorunmaq mənasındadır». («Usuli-kafi», «Əli ibni İbrahimin təfsiri», c.2, səh.101)
    Şəhvət və ürək istəyinə uyğun olan bir işin, İslam tərəfindən qadağan olunması insana ziyan deyil, xeyir olduğu üçün ayənin sonunda buyrulur:

    ذَلِكَ أَزْكَى لَهُمْ




    «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır».
    Naməhrəm qadınlara açıq-aydın ehtiraslarla tamaşa edib və bəzən də buna bəhanə olaraq, əməllərini qeyri-ixtiyari qələmə verənlər üçün yekun olaraq buyrulur:


    إِ

    نَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ




    «Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!»
    Sonrakı ayədə qadınların bu sahədə olan vəzifələrindən söhbət açılır. İlk öncə qadınlarla kişilərin müştərək vəzifələrinə işarə edilir: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)». Beləliklə, kişilərə haram edilən aşiqanə baxış, qadınlara da haram edilmişdir. Kişilərə ayıb yerlərin qorunması göstərişi verildiyi kimi, qadınlara da əmr edilmişdir.
    Daha sonra qadınlara xas olan örtük məsələsi dörd cümlədə açıqlanır:
    1. Öz-özünə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər.

    وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا

    «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər».
    Burada bir sual yaranır: Qadınlara örtünməsi lazım olan və zahir edilməsinə icazə verilən zinətlər hansılardır?
    Bu mövzu barəsində müfəssirlər müxtəlif fikirlər söyləyiblər.
    Bəziləri «gizli zinət»i, «təbii zinət» kimi (qadının gözəl vücudu kimi) mənalandırmışlar. Halbuki, «zinət» kəlməsinin bu mənaya çox az aidiyyatı vardır.
    Bəziləri «gizli zinət» dedikdə, zinət əşyalarının taxıldığı yerlərin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, zinətin özü olan sırğa, bilərzik kimi bəzək əşyalarının zahir edilməsini maneəsiz bilmiş və zinət əşyalarının taxıldığı yer kimi qulaq, boyun, əl və qolların aşkar olunmasını haram bilmişlər.
    Bəziləri də, «gizli zinət»i «zinət əşyaları» mənasında götürmüş və yalnız zinət əşyalarının bədən üzərində olan vaxtını nəzərdə tutmuşlar. Təbii ki, bu zinət əşyaları bədən üzərində olan zaman, onların aşkarı ilə bədən üzvləri də görünəcəkdir.
    Sonuncu iki nəzər, məsələyə müxtəlif yönlərdən yanaşsalar da, nəticə etibarı ilə eynidir.
    Həqiqət isə bundan ibarətdir ki, biz ayənin zahirinə əsasən mühakimə yürüdürük.Ayə, zahiri baxımdan yuxarıda sadalanan üçüncü nəzərə uyğundur. Bu səbəbdən də, bədən zahir olmasa belə, adətən gizli olan zinətləri aşkar etməyə qadının haqqı yoxdur. Bu tərtiblə, qadının bəzəkli libasları geyib özünü nümayiş etdirməsi də, düzgün deyil. Çünki Quran bu kimi zinətlərin aşkara çıxarılmasını qadağan etmişdir.
    Məsumlardan nəql olunan rəvayətlərdə də boyunbağı, bilərzik və s. kimi əşyalar, «batini zinətlər» kimi qələmə alınmışdır. Başqa müxtəlif rəvayətlərdə isə üzük, sürmə və s. «zahiri zinətlər» kimi göstərilmişdir. Buradan məlum olur ki, «batini zinət» dedikdə, örtülməsi lazım olan, «zahiri zinət» dedikdə isə zahir olunmasına icazə verilən bəzək əşyaları nəzərdə tutulub.
    2. Ayədə verilən ikinci hökm bundan ibarətdir: baş örtüklərini yaxalarının (sinələrinin) üstünə çəksinlər.

    وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ




    «Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)».
    «

    خمر

    » (xumur) «

    خمار

    »ın (ximarın) cəmi və «

    حجاب

    » (hicab) vəznində olub, geyim, örtük mənasını daşıyır. Adətən, qadınların başlarına örtdüyü örpək kimi də işlənir.
    «

    جیوب

    » (cuyub) kəlməsi «

    جیب

    »in (cəybin) cəmi, «

    غیب

    » (ğəyb) vəznində olub, köynəyin yaxası mənasında işlənərək, təkcə «yaxa» mənasını da daşıyır.
    Ayədən belə məlum olur ki, qədimdə qadınlar öz baş örtüklərini, yaxa açıq qalmaqla, arxa tərəfdə bağlayırdılar. Qurani-Kərim, «örtüklərini yaxalarının üstünə çəksinlər» göstərişini verməklə, açıq qalan boyun və sinəsinin bağlanmasına dair hökm verir.
    3. Ayənin üçüncü hissəsində zinətləri aşkar etmək (yəni hicabın açıla bilinən) və hicabın vacib olmadığı şəraitlər bir-bir sadalanır.
    Bu belə bir ifadə ilə şərh edilir:

    وَلا يُبْدِينَ زِينَتَهُنَّ




    «Qadınlar öz zinətlərini aşağıdakı on iki şəraitdən qeyri hallarda, göstərməməlidirlər:

    إِلا لِبُعُولَتِهِنَّ




    1 – ərləri üçün,

    أَوْ آبَائِهِنَّ




    2 – yaxud ataları üçün,

    أَوْ آبَاءِ بُعُولَتِهِنَّ




    3 – yaxud qayınataları üçün,


    أَ

    وْ أَبْنَائِهِنَّ




    4 – yaxud oğulları üçün,


    أَ

    وْ أَبْنَاءِ بُعُولَتِهِنَّ




    5 – yaxud ərlərinin oğulları üçün,

    أَوْ إِخْوَانِهِنَّ




    6 – yaxud qardaşları üçün,

    أَوْ بَنِي إِخْوَانِهِنَّ



    7 – yaxud qardaşlarının oğulları üçün,

    أَوْ بَنِي أَخَوَاتِهِنَّ




    8 – yaxud bacılarının oğulları üçün,

    أَوْ نِسَائِهِنَّ




    9 – yaxud (müsəlman) qadınlar üçün,

    أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ




    10 – yaxud sahib olduğu cariyələr üçün,

    أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإرْبَةِ مِنَ الرِّجَالِ




    11 – yaxud kişiliyi qalmamış xidmətçilər üçün (səfeh və cinsi meyli olmayan kişilər nəzərdə tutulur),

    أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ




    12 – qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar üçün».
    4. Nəhayət, dördüncü bəyanda belə hökm olunur:

    وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ



    «Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar». (Xalxal – ərəb qadınlarının topuğa keçirtdikləri bəzək əşyasıdır.)
    Qadınlar kişilərin qəlbində şəhvət atəşi şölələndirməklə, onları iffət yolundan azdırıb, cızığından çıxara bilərlər. Bu səbəbdən də, qadınlar belə halların qarşısını almaq üçün daha dəqiq və ciddi olmalıdırlar. Hətta, ayaqlarındakı xalxalların səsinin yad kişilərin qulağına çatmasından belə, çəkinməlidirlər. Bu, İslamın belə bir həssas sahəyə nə dərəcədə incəliklə yanaşmasının göstəricisidir.
    Beləliklə, ayə, kişi və qadın daxil olmaqla, bütün möminlərə ümumi bir dəvət, tövbə və Allaha doğru qayıtmaq xitabı ilə yekunlaşır.

    وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ




    «Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!»
    Əgər bundan öncə bu hökmlərə xilaf bir iş etmişsinizsə, İslamın həqiqi qanunları sizə aşkar olduqdan sonra, öz xəta və səhvlərinizə görə tövbə edin. Nicat və xilasınız üçün Allah dərgahına üz tutun. Qurtuluş yalnız Onun qapısını döyməklə qazanılır. Hamının həyat yolunda təhlükələr mövcuddur. Özünü Ulu Tanrıya həvalə et ki, bu təhlükələr, yalnız Onun lütfü sayəsində sovuşa bilər.
    Əslində bu hökmlərin nazil olmasından əvvəl, bu məsələyə dair günah və xilaf söhbəti yox idi. Ancaq bildiyimiz kimi cinsi pozğunluq əqlin normal qəbul etmədiyi bir hərəkət, termin etibarı ilə «mostəqlate əqliyyə»dir. (Yəni əqlin müstəqil surətdə mənfi, ya müsbət iş kimi seçə biləcəyi bir əməldir.) Bu səbəbdən də, əqlin çıxardığı hökm, məsuliyyət daşımaq üçün kifayətdir.
    Hicabın fəlsəfəsi
    Hazırki dövrdə bəziləri əsrimizi çılpaqlıq və cinsi azadlıq əsri adlandırmışlar. Qərbpərəst insanlar «qadın açıq-saçıqlığını» «qadın azadlığı» kimi qələmə vermişlər. Hicabdan söz açmaq belələrinə nəinki xoş gəlmir, hətta hicabı keçmişdən qalma bir əfsanə sayırlar. Amma mütləq azadlıqdan doğan ucsuz-bucaqsız fəsadlar, artmaqda olan problemlər, onları belə söhbətləri dinləməyə vadar edir.
    Əlbəttə ki, İslami mühitlərdə bu kimi problemlər müəyyən qədər öz həllini tapmış və bir çox suallara qane edici cavablar verilmişdir. Bütün bunlara baxmayaraq, mövzunun əhəmiyyəti, bu məsələ ətrafında daha geniş izaha ehtiyac duyulduğunu göstərir.
    Məsələ bundan ibarətdir ki, qadın cinsi ləzzət üçün eşitmə, görmə, toxunma baxımından, kişilərin ixtiyarındamı olmalıdır? Yaxud bu şeylər yalnız ailə çərçivəsində həyat yoldaşına məxsus olmalıdır? Qadınlar, sonu olmayan bu müsabiqədə: öz vücudlarını nümayiş etdirməkdə və kişiləri şəhvətə, çirkin meyllərə təhrik etməkdə bir-birlərilə nə vaxta qədər yarışmalıdırlar?
    Bu hərəkətlər ictimai mühitdən götürülərək ailə və evliliyə məxsus olmamalıdırmı?!
    Qərbpərəst və şəhvətpərəstlər söylədiklərimizdən birincisinin tərəfdarıdır. İslam isə söylənilənlərdən ikincisinin tərəfdarıdır. Yəni İslam, hər bir eşitmə, görmə, toxunma ləzzətləri daxil olmaqla, bütün cinsi istəklərin həyat yoldaşlarına məxsus olduqlarını deyir. Bundan qeyri vəziyyətdə olan qadın, günaha və cəmiyyətin çirkinliyinə səbəb olacaqdır. Hicab da, bu sistemin bir hissəsidir. Ayədəki «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır» cümləsi də, məhz buna işarədir.
    Hicabın fəlsəfəsi məxfi bir məsələ deyil. Çünki:
    1 - Bəzənmə və işvəkarlıqla eyni səviyyədə olan qadın çılpaqlığı, kişiləri – xüsusilə cavanları – daim şəhvətə təhrik edir. Elə bir təhrik ki, onların əsəb sistemlərinin korlanmasına, qeyri-normal həyəcanların artmasına, ruhi gərginliklərin təməlinin qoyulmasına səbəb olur. İnsan əsəbləri bu qədər həyəcan və iztirabları daşımağa nə qədər qadirdir? Bütün psixoloqlar xəstəliklərin əsas səbəbinin həyəcan olduğunu söyləmirlərmi?
    Cinsi istək insanda olan ən möhkəm və güclü meyldir. Bu meyl, tarix boyu ölümlə nəticələnən cinayətlərin qaynaq nöqtəsi olmuşdur. Mütəmadi olaraq çılpaql0


    Bölmələr: İslam | Əlavə etdi: ADMIN
    Baxılıb: 2201 | Yüklənilib: 0 | Şərhlər: 2 | Reytinq: 0.0/0 |
    Şərhlərin sayı: 0
    Name *:
    Email *:
    Code *:

    Sayta giriş

    Yeni İliniz Mübarək

    Axtarış

    Lazımlı sayt adları

    Hal-Hazırda On-Line

    Onlaynda cəmi: 1
    Qonaq: 1
    İstifadəçilər: 0

    Sayğac

    Reklam

    Hava Haqqında

    Copyright MyCorp © 2024
    Site managed by uCoz