Çin həkimləri analoqu olmayan əməliyyata hazırlaşırlar
Çin həkimləri 4 yaşlı uşaq üzərində analoqu olmayan əməliyyata hazırlaşırlar.uşağın ürəyi qarnında dərisinin altında yerləşir.
Lyaonin əyalətindəki Xetay kəndinin sakini olan Çjanın ürəyi ana bətni daxilindəki anomal inkişaf səbəbindən ancaq qarın divarlarının dərisi ilə örtülüb. Onun ürək döyüntüləri dərinin altından aydın hiss olunur. Hazırda uşaq Çin Tibb Universitetinin klinik bazasına – Şentzin Xəstəxanasına yerləşdirilib. Həkimlər uşağın ürəyini yerinə qaytaracaqlarına ümidin az olduğunu, buna baxmayaraq əllərindən gələni edəcəklərini bildirirlər.
Uşağın valideynləri zibilxanada işlədiklərindən ciddi maliyyə problemləri olub və bu səbəbdən də həkimə müraciət edə bilməyiblər. Bəxtsiz valideynlər övladlarını ancaq bir yolla xilas etməyə çalışıblar – onu ciddi hərəkət tələb edən oyunlar oynamağa qoymayıblar və mümkün zədələrdən qorumaq üçün daha çox paltar geyindiriblər.