2CİNAYƏT İŞİ Nyu-York məktəblərinin birində müəllimənin pul kisəsi itmişdir.Pul kisəsini beş şagirddən-Lilian,Cudi,Devil,Teo və Marqaretdən biri götürə bilərdi.Sorğu-təhqiqat zamanı hər şağird üç ifadə verdi: Lilian: 1) Pul kisəsini mən götürməmişəm; 2)Mən ömrümdə heç nə oğurlamamışam;3)Bunu Teo edib. Cudi: 1)Mən götürməmişəm. 2)Mənim atam kifayət qədər dövlətlidir və mənim öz pul kisəm var; 3)Marqaret bilir, bunu kim edib. Devid : 1) Mən götürməmişəm 2) Məktəbə daxil olana kimi Marqareti tanımırdım; 3) Bunu Teo edib. Teo: 1) Mən təqsirkar deyiləm; 2) Pul kisəsini Marqaret götürüb; 3) Lilian yalan deyir ki,pul kisəsini mən götürmüşəm. Marqaret: 1) Müəllimənin pul kisəsini mən götürməmişəm; 2) Bu işdə təqsirkar Cudidir; 3) Devid məni anadan olandan tanıyır, o mənə zamin dura bilər. Sonrakı təhqiqat nəticəsində şağirdlər boyunlarına aldılar ki, onların hər birinin dediklərindən ikisi doğru, biri isə yalandır. Müəllimənin pul kisəsini kim oğurlayıb?